“Keşlə”nin rəhbərliyi baş məşqçi Sənan Qurbanov ilə bağlı yeni qərar qəbul edib
Bakının “Keşlə” klubunun rəhbərliyi baş məşqçi Sənan Qurbanov ilə bağlı yeni qərar qəbul edib.

41 yaşlı mütəxəssis qarşıdakı mövsümdə də qəsəbə təmsilçisini çalışdıracaq. Amma S.Qurbanova ilk dövrənin sonunadək şans veriləcək. Komanda bu müddət ərzində ümidləri doğruldacağı halda, Bakı təmsilçisi mövsümün sonunadək mütəxəssislə əməkdaşlığı davam etdirəcək.

Xatırladaq ki, ötən mövsüm S.Qurbanovun başçılığı altında “Keşlə” ölkə kubokunun qalibi olmuşdu.

Xəbər 338 dəfə oxundu.