Azərbaycan voleybol millisi Niderlanda uduzub
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində növbəti oyununu keçirib.

Bu dəfə rəqib Niderland yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstana uduzub - 2:3. Son oyun bu gün Çexiyaya qarşı olacaq.

Xəbər 344 dəfə oxundu.