AFFA-da KİV nümayəndələri üçün seminar təşkil edilib
Avqustun 6-da AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən KİV nümayəndələri üçün seminar keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Hakimlər Komitəsinin sədri Fritz Stuçlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb.

F.Stuçlik seminar iştirakçılarına oyun qaydalarına edilmiş əlavə və dəyişikliklər, VAR sisteminin hansı hallarda tətbiqi ilə bağlı ətraflı məlumat verib. Həmçinin Azərbaycan Premyer Liqasının ötən mövsüm keçirilmiş oyunlarında qeydə alınmış maraqlı epizodlardan ibarət videoçarxlar nümayiş olunub, müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Xəbər 328 dəfə oxundu.