Qadın futbolçulardan ibarət Kanada millisi Tokio Olimpiadasının qalibi olub
Qadın futbolçulardan ibarət Kanada milli komandası Tokio Olimpiadasının qalibi olub.

Yokohama Beynəlxalq Stadionunda təşkil olunan həlledici görüşdə Kanada millisi İsveç yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Kanada millisi 3:2 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə ABŞ Avstraliyanı 4:3 hesabı ilə üstələyib.

Kişi futbolçuların yarışında ilk medalçı müəyyənləşib. Belə ki, bürünc medal uğrunda matçda Meksika millisi Yaponiya yığmasını 3:1 hesabı ilə məğlub edərək Tokio Olimpiadasını üçüncü pillədə başa vurub.

Avqustun 7-də qızıl medal uğrunda görüşdə Braziliya və İspaniya yığmaları üz-üzə gələcəklər.

Xəbər 334 dəfə oxundu.