Güləşçimiz Şərif Şərifov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edəcək
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edəcək.

97 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızı səkkizdəbir finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala yüksəlib. Bu, Ş.Şərifovun avqustun 7-də təsəlliverici görüşə çıxmasına şərait yaradıb.

“London-2012”nin qalibi təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə qarşılaşacaq. Güləşçimiz qalib gəlsə, bürünc medal uğrunda görüşdə kubalı Reineris Salas Perezə rəqib olacaq.

Xəbər 340 dəfə oxundu.