"Tokio-2020": Karateçimiz Rafael Ağayev yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşacaq
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Tokio Olimpiadasının qrup mərhələsində sonuncu görüşünü keçirib.

B qrupunda mübarizə aparan R.Ağayev italiyalı Luici Busa ilə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə məğlub olub. Keçirdiyi ilk üç döyüşdə qələbə qazanan R.Ağayev yarımfinala vəsiqəni təmin edib.

Təmsilçimiz yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.

Xəbər 389 dəfə oxundu.