"Tokio-2020": Karateçimiz Rafael Ağayev yarımfinala yüksəlib
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Tokio Olimpiadasında növbəti qələbəsini qazanıb.

B qrupunda mübarizə aparan R.Ağayev bu dəfə Nurkanat Ajiqanov (Qazaxıstan) ilə qarşılaşıb. Karateçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Üç qələbə qazanan R.Ağayev yarımfinala yüksəlib.

Karateçimiz daha əvvəl Almaniya təmsilçisi Noa Biç (2:1) və Avstraliya idmançısı Çuneari Yahironu (5:0) üstələyib.

R.Ağayev qrupda sonuncu döyüşünü Luici Busaya (İtaliya) qarşı keçirəcək.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Xəbər 328 dəfə oxundu.