"Tokio-2020": Karateçimiz Rafael Ağayev Avstraliya idmançısı Çuneari Yahiroya qalib gəlib
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

B qrupunda mübarizə aparan R.Ağayev Avstraliya idmançısı Çuneari Yahiro 5:0 hesabı ilə qalib gəlib.

İdmançımız ilk görüşdə Almaniya təmsilçisi Noa Biçdən üstün olub – 2:1.

Karateçimiz daha sonra Nurkanat Ajiqanov (Qazaxıstan) və Luici Busa (İtaliya) ilə üz-üzə gələcək.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Xəbər 318 dəfə oxundu.