Tokio-2020: Azərbaycan paralimpiya komandasının formaları təqdim olunub
Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın komandasının forması təqdim olunub.

Təqdimat mərasimi yarış öncəsi təşkil edilmiş mətbuat konfransında gerçəkləşib.

Formalar "SOCAR Polymer" şirkətinin dəstəyi ilə hazırlanıb.

İlk növbədə, formalar Oyunlarda iştirak edəcək idmançı və nümayəndə heyəti, daha sonra isə digər idman növləri üzrə milli komandalara veriləcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Xəbər 403 dəfə oxundu.