Azərbaycanın voleybol millisi Macarıstana uduzub
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərində beynəlxalq "Savaria" turnirinə qatılıb.

İlk rəqib Macarıstan millisi olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25:23; 23:25; 17:25; 25:22; 17:15)

Qeyd edək ki, Azərbaycan millisi bu gün Niderland, avqustun 7-də isə Çexiya ilə üz-üzə gələcək.

Xəbər 367 dəfə oxundu.