"Tokio-2020": Gimnastımız Zöhrə Ağamirova halqa ilə çıxışını təqdim edib
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio Olimpiadasının fərdi proqramında ikinci çıxışını təqdim edib.

Təmsilçimizin halqa ilə çıxışı 23,000 xalla qiymətləndirilib.

Qeyd edək ki, Z.Ağamirova topla çıxışına görə, hakimlərdən 23,400 xal alıb. Təmsilçimizin aktivində hazırda 46,400 xal var. Gimnastımız daha sonra lent və gürzələrlə gücünü sınayacaq.

Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.

Xəbər 363 dəfə oxundu.