UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununun ilk hissəsində hesab açılmayıb
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprdə keçirilən AEL-"Qarabağ" matçının birinci hissəsi başa çatıb.

Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.

“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər 428 dəfə oxundu.