Karate tarixində ilk olimpiya çempionu məlum oldu
İspaniyalı Sandra Sançes karate üzrə ilk olimpiya çempionu kimi tarixə düşüb.

Qadınlar arasında kata yarışlarına qatılan 30 yaşlı idmançı finalda yaponiyalı Kiyu Şimizunu məğlub edib. O, 28,06 xal, Şimizu 27,88 xal toplayıb.

Bürünc medalları isə Honq Konqdan olan Lau Qreys və İtaliya təmsilçisi Viviana Bottaro qazanıb.

Qeyd edək ki, karate olimpiadada ilk dəfə təmsil olunur. Azərbaycanı kumite növündə 3 nəfər təmsil edir. Onlardan Firdovsi Fərzəliyev (67 kq) bu gün mübarizə aparıb və qrup səddini keçə bilməyib. Rafael Ağayev (75 kq) avqustun 6-da, İrina Zaretska (+61 kq) avqustun 7-də çıxış edəcək.

Xəbər 434 dəfə oxundu.