Millimizin oyunlarında VAR sistemi tətbiq olunacaq
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, dünya çempionatının Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda VAR (videoköməkçi hakim) sistemi tətbiq olunacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, milli komandamız seçmə mərhələ çərçivəsində sentyabrın 7-də Bakıda Portuqaliya millisi ilə qarşılaşacaq.

Xəbər 348 dəfə oxundu.