Tokio-2020: Azərbaycanın sərbəst güləşçisi çıxışını medalsız başa vurub
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında medalsız qalıb.

Buna 74 kq-da mübarizə aparan idmançının 1/4 finalda uduzduğu italiyalı Frank Çamizonun finala vəsiqə qazana bilməməsi səbəb olub.

Çamizo yarımfinalda Belarus təmsilçisi Məhəmmədhəbib Hadıməhəmmmədovla bacarmayıb - 7:9.

Xəbər 597 dəfə oxundu.