Son üç güləşçimizin Tokio Olimpiadasında rəqibləri müəyyənləşib
Tokio Olimpiadasında güləş yarışları davam edir.

İyulun 6-da sərbəst güləşdə 65 və 97, qadın güləşində isə 50 kiloqram çəki dərəcəsində mübarizəyə start veriləcək. Avqustun 5-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Hacı Əliyev (65 kq) səkkizdəbir final mərhələsində seneqallı Adama Diatte ilə qarşılaşacaq. Şərif Şərifov (97 kq) ilk görüşdə əsas favoritlərdən biri olan Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq. Mariya Stadnik (50 kq) isə startda rusiyalı Stalvira Orşuşla qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu çəki dərəcələrində mübarizəyə Bakı vaxtı ilə saat 06:30-da start veriləcək.

Xəbər 350 dəfə oxundu.