Tokio-2020: Basketbol yarışında ilk finalçı bəlli olub
Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında ilk finalçı bəlli olub.

Yarımfinalda ABŞ və Avstraliya yığmaları üz-üzə gəlib.

ABŞ seçməsi rəqibini 97:78 hesabı ilə üstələyərək qızıl medal uğrunda görüşə vəsiqə əldə edib.

Digər yarımfinalda Fransa və Sloveniya komanları görüşəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, 15 qat olimpiya çempionu olan ABŞ millisi son 3 olimpiadanın qalibidir.

Xəbər 585 dəfə oxundu.