Tokio-2020: Hacı Əliyev, Stadnik və Şərifovun ilk rəqibləri bəlli olub | |
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. 50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək. Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq. |
|
Xəbər 344 dəfə oxundu. |
|
|