“Tokio-2020”: Karateçimiz Firdovsi Fərzəliyev qazaxıstanlı Darxan Assadılova uduzub
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında üçüncü döyüşünü keçirib.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupu çərçivəsində Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşıb. Görüş qazaxıstanlı idmançının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Karateçimiz daha sonra Əli Elsavi (Misir) ilə qarşılaşacaq.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Xəbər 337 dəfə oxundu.