Mahir Şükürov: "Neftçi"yə gəldiyim üçün xoşbəxtəm
"Neftçi"yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidir”. Bu sözləri “Neftçi”yə keçən Mahir Şükürov deyib.

Yeni komandasında 22 nömrəli formada çıxış edəcək müdafiəçi klub saytına açıqlamasında transferinə münasibət bildirib: “Üstəlik "Neftçi" son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir. "Neftçi" rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram ki, mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".

Xəbər 874 dəfə oxundu.