Azərbaycan karateçilərinin “Tokio-2020”də rəqibləri müəyyənləşib
Azərbaycan karateçilərinin “Tokio-2020” Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

Tokio Olimpiadasında ölkəmizi 3 karateçi təmsil edəcək.

Olimpiadada 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanov (Qazaxıstan) ilə üz-üzə gələcək.

Digər karateçimiz Firdovsi Fərzəliyev (67 kq) A qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) olacaq.

Qadın karateçimiz İrina Zaretska (61 kq-dan yuxarı) B qrupunda Məltəm Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə qarşılaşacaq.

F.Fərzəliyev avqustun 5-də, R.Ağayev bir gün sonra, İ.Zaretska isə ayın 7-də mübarizəyə qoşulacaq.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Xəbər 338 dəfə oxundu.