Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Tokio Olimpiadasında gümüş medal qazanıb
Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio Olimpiadasında gümüş medal qazanıb.

Yunan-Roma güləşi yarışlarında 67 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İran idmançısı Mohammadreza Geraei ilə qarşılaşıb. Rəqibinə məğlub olan P.Nəsibov Tokio Olimpiadasını ikinci pillədə başa vurub.

Qeyd edək ki, Ukrayna 1 qızıl, 2 gümüş və 8 bürünc medalla ölkələrin sıralamasında 37-ci pillədə qərarlaşıb.


Xəbər 332 dəfə oxundu.