“GOAL+” turnirinin qalibi müəyyənləşib
AFFA-nın elan etdiyi “Ən yaxşı kütləvi futbol layihəsi” nominasiyası üzrə keçirilən qrant müsabiqəsində üçüncü yeri tutmuş Saleh Saninin layihəsi olan “GOAL+” turnirinin qalibi müəyyənləşib.

Turnirin finalında “Sabis” və “Azərbaycan Avropa Məktəbi” komandaları üz-üzə gəliblər.

Görüş “Sabis” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandaya kuboku AFFA-nın kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov təqdim edib.

Xəbər 375 dəfə oxundu.