AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Tobol” (Qazaxıstan) – “Jilina” (Slovakiya) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

Görüş avqustun 5-də Nur-Sultan şəhərində təşkil olunacaq.

Xəbər 336 dəfə oxundu.