Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb
Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Şimali makedoniyalı Georgi Stoilov heyətə cəlb edilib.

İyirmi beş yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Georgi Stoilovun son klubu “Akademiya Pandev” (Şimali Makedoniya) olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında 2 oyun keçirib.

Xəbər 335 dəfə oxundu.