Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıbAsim Xudiyev
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

O, Rusiyanın "Rubin" və Polşanın "Rakov" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda iş başında olacaq.

Qeyd edək ki, oyun avqustun 12-də Rusiyanın Kazan şəhərində gerçəkləşəcək.

Xəbər 429 dəfə oxundu.