UEFA Avropa Liqası: “Neftçi”-HİK matçı başlayıb
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”-HİK oyunu başlayıb.

“Bakcell Arena”da keçirilən matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edir.

Qarşılaşmanın baş hakimi Uilyam Kollumdur.

"Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Samir Buqrin, Mamadu Kane və Xəyal Nəcəfov yer alıblar.

HİK-in heyətində isə meydana Yakob Tonnander, Yanne Saksela, Deniel O Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Luis Karlos Murilyo, Miro Tenho, Valtteri Moren, Devid Braun və Filip Valençiç çıxıblar.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

Xəbər 325 dəfə oxundu.