"Qarabağ" klubu Riçard Almeyda ilə birillik müqavilə imzalayıb
Ağdamın "Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə birillik müqavilə imzalayıb.

32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.

Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2012-2018-ci illərdə, həmçinin 2019-cu ildə Ağdam təmsilçisinin şərəfini qoruyub.

Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.

Xəbər 347 dəfə oxundu.