Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
Bu gün Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

“Neftçi” Finlandiyanın HİK komandasını qəbul edəcək. Saat 21:00-da “Bakcell Arena”da start götürəcək matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Uilyam Kollum olacaq.

Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, komandalar cavab qarşılaşması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

Xəbər 331 dəfə oxundu.