Norveçli atlet dünya rekordu müəyyənləşdirərək Olimpiya çempionu olub
Norveçli atlet Karsten Varholm “Tokio-2020” Yay Olimpiya Oyunlarında dünya rekordu müəyyənləşdirib.

İdmançı 400 metr məsafəyə maneələrlə qaçış yarışında 45,94 saniyəlik nəticə göstərərək Olimpiya çempionu olub.

ABŞ idmançısı Rey Bencamin yarışı ikinci, braziliyalı Alison Dos Santos isə üçüncü pillədə başa vurublar.

Bu yarış üzrə əvvəlki rekord da məhz norveçli atletə məxsus olub. Belə ki, K.Varholm iyulun 1-də Norveçin paytaxtı Osloda təşkil olunan Brilyant Liqa yarışlarında həmin məsafəni 46,70 saniyəyə qət edib.

Xəbər 359 dəfə oxundu.