Tokio-2020: Nazim Babayev finala vəsiqə qazana bilməyib
Tokio-2020: Nazim Babayev finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 1
Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Üç təkanla tullanma növündə mübarizə aparan idmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib.

Bu, Babayevin mövsümdə ən yaxşı göstəricisi olub. Buna baxmayaraq Avropa çempionu finala vəsiqə qazanmaq şansını itirib.

O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.

Xəbər 319 dəfə oxundu.