Azərbaycanın daha bir güləşçisi Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edəcək
Azərbaycanın daha bir güləşçisi Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edəcək.

Qadın güləşçimiz Elis Manolovanın (68 kq) startda uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Onun rəqibi Qırğızıstan idmançısı Mirim Jumanazarova olacaq.

Təsəlliverici görüş avqustun 3-də keçiriləcək.

Xəbər 330 dəfə oxundu.