“Tokio-2020”: Güləşçimiz İslam Abbasovun ilk rəqibi müəyyənləşib
Avqustun 3-də “Tokio-2020” Yay Olimpiya Oyunlarının güləş yarışlarında daha üç çəki dərəcəsi üzrə mübarizəyə start veriləcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, avqustun 2-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib. Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

Qeyd edək ki, 87 kiloqram çəki dərəcəsi üzrə görüşlər C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Xəbər 232 dəfə oxundu.