Azərbaycan güləşçisi bürünc medal üçün yarışacaq
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.

Buna idmançının 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudovun yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanması səbəb olub.

Təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.

Xəbər 323 dəfə oxundu.