Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında məğlub olub
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında məğlub olub.

77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub.

Güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlmişdi.

Xəbər 357 dəfə oxundu.