“Tokio-2020”nin Təşkilat Komitəsi idmançılardan birinin akkreditasiyasını ləğv edib
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb. Təşkilat Komitəsi iştirakçılardan birinin akkreditasiyasını ləğv edib.

Bu, Olimpiadanın başladığı gündən bəri ilk belə hadisədir. Cəzalandırılan idmançının adı və hansı yığmanı təmsil etdiyi açıqlanmayıb. Cəzaya səbəb həmin şəxsin Olimpiya kəndini səbəbsiz tərk etməsidir. Şəhərin görməli yerlərini gəzməyə çıxan qonaq akkreditasiyasının ləğvinə görə Olimpiya kəndini də tərk etməli olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Olimpiadada gümüş medal qazanan gürcü idmançılar Vaja Martvelaşvili və Laşa Şavdatuaşvilinin Tokio teleqülləsinin yanında gəzdikləri barədə xəbərlər yayılmışdı. Bu xəbər təsdiqlənməsə də, akkreditasiyası alınanın onlardan biri olması ehtimalı böyükdür.

Xəbər 337 dəfə oxundu.