Tokioda Rusiyanı təmsil edən boksçulardan biri əslən azərbaycanlıdır
Tokioda keçirilən Yay Olimpiya Oyunlarında başqa ölkələrin bayrağı altında çıxış edən azərbaycanlılardan biri də Qabil Məmmədovdur.

Rusiya Olimpiyaçılarının heyətində yer alan boksçu Q.Məmmədov Orenburq şəhərində doğulsa da, ailəsi qonşu ölkəyə 1992-ci ildə köçüb. Əməkdaşımızla söhbət zamanı dediyinə görə, hazırda qohumları Naftalan şəhərində yaşayırlar.

9 yaşından Rusiyanın "Pioner" klubunda boksla məşğul olan boksçu, sonuncu dəfə dörd il öncə Azərbaycanda olub.

Qeyd edək ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Qabil bu gün, 1/8 finalda rəqibinə Luis Kolinə 5:0 hesabı ilə qalib gələrək 1/4-ə yüksəlib.

Xatırladaq ki, Qabilin növbəti görüşü avqustun 3-də baş tutacaq. Onun 1/4 finalda rəqibi Keyşon Deyvis (ABŞ) olacaq.

Xəbər 370 dəfə oxundu.