Azərbaycanlı cüdoçu ABŞ-da çempion olub
Azərbaycanlı cüdoçu Nuridə Əzəmətli Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub.

34 kq çəki dərəcəsində mübarizə aparan 10 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək, çempion olub.

Nuridə Əzəmətli ABŞ-da anadan olmasına baxmayaraq, atası Azərbaycan vətəndaşıdır. O, Sumqayıt şəhərində dünyaya gəlib və orta təhsilini burada tamamlayıb.

Qeyd edək ki, ABŞ-da bu il 32-cisi keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. Daha əvvəl digər azərbaycanlı cüdoçu Zaur Cəlil (73 kq) sözügedən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 350 dəfə oxundu.