Tokio Olimpiadasında daha 21 nəfər koronavirusa yoluxub
Son sutka ərzində Tokio Olimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı daha 21 nəfər artıb.

Virusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.

Yaponiya hökuməti Tokioda koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyət gərgin olduğuna görə bir gün əvvəl fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Həmçinin daha dörd prefekturada fövqəladə vəziyyət rejimi yenidən tətbiq olunub.

Məhz fövqəladə vəziyyət rejimi davam etdiyinə görə tamaşaçılar “Tokio-2020”yə buraxılmırlar.

Xəbər 347 dəfə oxundu.