“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

“Qəbələ” Şimali makedoniyalı İsnik Alimi ilə güclənib. İyirmi yeddi yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.

Orta sahə oyunçusunun son klubu İtaliyanın “Atalanta” komandası olub. 2015-2021-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze”, “Forli”, “Viçentsa”, “Rimini”, “İmoleze”, həmçinin Xorvatiya “Şibenik”ində çıxış edib. O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid”, Xorvatiyanın “Noviqrad”, İtaliyanın “Kyevo” və klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19, Albaniyanın U-21 milli komandalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Qəbələ” Alimiyədək Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev və Kristof Atanqana-Assimbanı heyətinə qatıb.

Xəbər 348 dəfə oxundu.