“Neftçi”nin sabiq yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək
Bakının “Neftçi” klubu ilə yollarını ayıran Stiven Jozef-Monrozun yeni komandası bəlli olub.

31 yaşlı cinah yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.

Fransalı oyunçu “Ksanti” ilə müqavilə bağlayıb. Yunanıstanın ikinci liqasında çıxış edən klub sözləşmənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb. O, 2020/2021-ci il mövsümündə Bakı təmsilçisinin heyətində ölkə çempionu olub.

Xəbər 370 dəfə oxundu.