Alfonso Dominges: "Məqsədim olimpiya çempionu olmaqdır"
"Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm".

Bu fikirləri Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.

"Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm".

Dominges görüşün gedişində Malkanla aralarındakı insidentə də toxunub: "Hakimə dedim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Bu halda uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu".
Finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq boksçi rinqə qələbə üçün çıxacağını söyləyib: "Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam".

Xəbər 248 dəfə oxundu.