İrina Kindzerska Tokio Olimpiadasında bürünc medal uğrunda yarışacaq
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Akira Sone ilə üz-üzə gəlib.

Rəqibinə ipponla məğlub olan Kindzerska bürünc medal uğrunda görüşə qatılacaq. Rəqib isə çinli Şiyan Xu olacaq.

Xəbər 363 dəfə oxundu.