Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 14:00-da başlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq.

Qeyd edək ki, Premyer Liqanın yeni mövsümü avqustun 14-də start götürəcək. Çempionatda "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" klubları mübarizə aparacaq.

Xəbər 466 dəfə oxundu.