Cüdoçumuz Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Mijin Handa (Koreya Respublikası) üstün olub. Cüdoçumuzun növbəti mərhələdə yaponiyalı Akira Sone ilə qarşılaşacaq.

Cüdoçumuz ilk görüşünü Larisa Tseriçə (Bosniya və Herseqovina) qarşı keçirib və ipponla qələbə qazanıb.

Xəbər 591 dəfə oxundu.