Tokio-2020: İrina Kindzerska 1/4 finalda
Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib.

Xəbər 391 dəfə oxundu.