Azərbaycan cüdoçusu Tokio-2020-yə qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, bu raundda braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Xəbər 347 dəfə oxundu.