UEFA Konfrans Liqası: “Aşdod” - “Qarabağ” matçında Ağdam təmsilçisi hesabı açıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada “Aşdod” (İsrail) - “Qarabağ” (Azərbaycan) matçı başlayıb.

Matçın 5-ci dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç hesabı açmağa nail olub.

"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Patrik Andrade, Toral Bayramov, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç və Ramil Şeydayev yer alıb.

"Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Tom Ben Zaken, Montari Kamaheni, Feras Abu Akal, Oz Bilevi, Yakov Brihon, Martin Rainov, Moussa Baqayokovə və Abdul Muqese Zakaria meydana çıxıb.

Xəbər 342 dəfə oxundu.