“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib
Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi litvalı yarımmüdafiəçi Şımkus Domantası transfer edib.

Ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Danimarkada “Olborq”, Litvada “Atlantas” və “Jalgiris” komandalarının formasını geyinən futbolçunun son klubu İsrailin “Hapoel” (Kfar-Sava) kollektivi olub. O, milli komandada 5 oyun keçirib.

Xəbər 339 dəfə oxundu.