London 2012: qadın futbolçuların turnirində final oyunu keçirilib | |
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında qadın futbolçuların turnirində final oyunu keçirilib. Həlledici qarşılaşmada ABŞ və Yaponiya komandaları üz-üzə gəlib. Bu görüşsə amerikalılar 2:1 hesabı ilə qalib gəlib. Lloydun dubluna Naqasato 1 qolla cavab verib. Bununla da ABŞ yığması 4-cü çempionluğunu qazanıb. Onlar Olimpiadalar tarixində qadın futbolçuların bütün turnirlərində finala yüksəlib. 5-ci dəfə bunu bacaran amerikalılar 1996, 2004 və 2008-ci illərdə olduğu kimi yenə yarışın qalibi oldu. 2000-ci ildə isə buna finalda amerikalıları məğlub edən Norveç yığması imkan verməyib. Qeyd edək ki, ki III yeri Kanada millisi tutub. |
|
Xəbər 868 dəfə oxundu. |
|
|